Kateqoriyasız

AFFA-dan “Qəbələ”yə maliyyə dəstəyi

Avqustun 14-də Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümünə start veriləcək.

Azərbaycan çempionatının növbəti mövsümündə də stabil maliyyə dayaqlarına malik olmaq məqsədilə “Qəbələ” ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası arasında aparılan danışıqlar və müzakirələr müsbət nəticələnib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Ötən mövsüm olduğu kimi, qarşıdan gələn çempionat dövründə də AFFA “Qəbələ”yə maddi dəstək göstərəcək. AFFA tərəfindən ayrılan maliyyə vəsaiti təkcə “Qəbələ” İK-nın əsas komandasının Premyer Liqada çıxışını təmin etməyə deyil, eyni zamanda, “Qəbələ” Futbol Akademiyasının da fəaliyyətinin dəstəklənməsinə yönəldiləcək.

“Qəbələ” daim ölkə futbolunun inkişafına çalışan kluba bu dönəmdə göstərdiyi dəstəyə gorə AFFA-ya təşəkkürünü bildirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43