Ölkə futbolu

AFFA-dan “Qarabağ” və “Neftçi”yə pul cəzası

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 3 klubunu cərimələyib.

İdmanxeber.az-ın məlumatına görə, buna səbəb XXXIII turda qeydə alınan neqativ hallar olub.

“Turan Tovuz” – “Neftçi” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığından, qurum onların hərəsini 800 manat cərimələyib.

“Qəbələ” ilə görüş başa çatdıqdan sonra meydançaya kənar şəxsin daxil olması isə “Qarabağ”a 1600 manatlıq cərimə bahasına başa gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43