20 Fevral 2020
Kateqoriyasız

AFFA-dan “Qarabağ”ın futbolçusuna ağır cəza

AFFA İntizam Komitəsi “Qarabağ”ın futbolçusu Miçel Markos Maderaya ağır cəza verib.

İdmanxeber.az AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna onun Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Qəbələ” ilə cavab matçında (2:1) aqressiv davranışı səbəb olub. Final fitindən dərhal sonra qonaq komandanın müdafiəçisi Voislav Stankoviçə hücum çəkən Miçeli komanda yoldaşları çətinliklə sakitləşdiriblər. Epizoda yaxın olan görüşün baş hakimi İnqilab Məmmədov yarımmüdafiəçiyə birbaşa qırmızı vərəqə göstərib.

İK bu gün keçirilən iclasda futbolçunun 4 oyunluq cəzalandırılması ilə bağlı qərar qəbul edib.

Oxşar xəbərlər

“Cavan uşaqdır, Dabonun üstünə qışqırır” – Emin Mahmudov

admin

UEFA açıqladı: “Qarabağ” “Real”, “Barselona” və “Qalatasaray”ı qabağladı (FOTO)

admin

Günün oyunlarını canlı yayımlayacaq kanallar – TV AFİŞA

admin