Premyer Liqa

AFFA-dan “Qəbələ”yə 48 oyunluq cəza və 38 min manat cərimə

Bu gün İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – “Qəbələ” matçında baş vermiş hadisələrə görə İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:

Oyunun 38-ci dəqiqəsində “Kəpəz” klubunun 17 №-li futbolçusu Nicat Qurbanov rəqibə əl ilə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 4 oyun cəzalanıb, klub 3200 manat cərimə olunub.

Oyunun 38-ci dəqiqəsində “Qəbələ” klubunun 7 №-li futbolçusu Nika Kvekveskiri rəqib futbolçuya əl atdığına görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 3 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.

Oyunun I hissəsi bitdikdən sonra “Qəbələ” klubunun rəsmi şəxsləri Zaur Əzizov və Səbuhi Səfiyarlı hakimlər briqadasının ünvanına qeyri-etik ifadələr işlətdiklərinə görə hər iki şəxs oyun zamanı, oyundan əvvəl və sonra stadionun dəhlizinə, soyunub-geyinmə otaqlarına girişinə 5 oyun qadağa qoyulub, klub 8000 manat cərimə olunub.

“Qəbələ” klubunun rəsmi şəxsi Səməd Nəsibov hakimlər briqadasına qarşı fiziki təsir göstərməyə cəhd etdiyinə görə stadiona və ona bitişik ərazilərə girişinə 10 oyun qadağa qoyulub, klub 8000 manat cərimə olunub.

“Qəbələ” klubunun rəsmi şəxsi Səbuhi Qarayev hakimlər briqadasına qarşı fiziki təsir göstərdiyinə görə 20 oyun stadiona və ona bitişik ərazilərə girişinə qadağa qoyulub, klub 16000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43