Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
İdmanxeber.com-un məlumatına görə, qurum “Qəbələ”nin üzvü Elnur Allahverdiyevin cəzasını yüngülləşdirib.
Apelyasiya Komitəsi İntizam Komitəsinə müraciət edərək “Qəbələ” klubunun futbolçusu Elnur Allahverdiyevə İntizam Komitəsinin 18 aprel 2014-cü il tarixli iclasında verilmiş 5 oyunluq cəzaya yenidən baxılmasını bildirmişdir. İntizam Komitəsi baş vermiş hadisəni ətraflı araşdırdıqdan sonra məsələyə yenidən baxaraq aşağıdakı qərarı qəbul edir:
“Qəbələ” klubunun futbolçusu Elnur Allahverdiyevə verilmiş 5 oyunluq cəza ölkə kuboku matçlarına şamil edilir.