Ölkə futbolu

AFFA-dan “Şərurspor”a daha bir zərbə

“Şərurspor”un 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatından kənarlaşdırılıb.

İdmanxeber.com-un məlumatına görə, bu haqda AFFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi komandanın 3-cü dəfə çempionat oyununda iştirak etməməsi göstərilib. “Şərurspor” martın 29-da “Zirə” ilə səfər matçına yollanmayıb. İntizam Komitəsi kluba 0:3 hesablı texniki məğlubiyyət də verib.

Qeyd edək ki, bir müddət öncə “Şərurspor”un əsas komandası danışılmış oyunlarda iştirak etdiyi üçün Azərbaycan I Divizionundan kənarlaşdırılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43