Kateqoriyasız

AFFA-dan “Sumqayıt”ın futbolçusuna sərt cəza

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Premyer Liqanın 8-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Sabah” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçusu Murad Xaçayev “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub.

Oyunun mətbuat konfransı zamanı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün klub 1600 manat cərimə olunub.

“Keşlə” – “Qəbələ” oyununda “Qəbələ” klubunun futbolçusu Stefan Vukçeviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Səbail” – “Qarabağ” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43