Milli komanda

AFFA-dan Türkiyə ilə oyunla bağlı – Rəsmi açıqlama

AFFA Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyununun keçirilməsilə bağlı məlumat yayıb.

İdmanxeber.az-ın məlumatına görə, qurumun rəsmi saytında yayılan açıqlamada bildirilib ki, AFFA və Türkiyə Futbol Federasiyası arasında danışıqlar aparılır: “Qarşılaşmanın 2020-ci ilin may ayında Türkiyədə keçirilməsi nəzərdə tutulur. Məsələ ilə bağlı əlavə məlumat veriləcək”.

Qeyd edək ki, Türkiyə millisinin baş məşqçisi Şenol Günəş yerli mediaya açıqlamasında bu matçın mayın 26-da Antalya şəhərində keçiriləcəyini deyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43