Premyer Liqa

AFFA-dan “Zirə”yə 1000 manatlıq cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının 23-cü turunun “Zirə” – “Qarabağ” matçında “Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 66-cı dəqiqəsində “Zirə”nin futbolçusu Akim Latifu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 23-cü turunun “Neftçi” – “İnter” matçında “İnter”in 4 futbolçusu sarı vərəqəylə cəzalandığı üçün klub 400 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 23-cü turunun AZAL – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43