Ölkə futbolu

AFFA Elxan Məmmədovla bağlı yeni qərarını açıqlayıb

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

İdmanxeber.com-un məlumatına görə, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.

Aparılmış müzakirələrən sonra AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.

Bundan başqa, nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunması tapşırılıb.

AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilməsi qərara alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43