Kateqoriyasız

AFFA finalçıları cəzalandırdı

AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Azərbaycan kubokunun  “Qəbələ” – “Sumqayıt” final oyununda (1:0) baş verən hadisələr müzakirə olunub.

İdmanxeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, “Qəbələ”nin  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 8000 manat cərimə olunub.

Oyunun 90+5-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cavid Tağıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43