Kateqoriyasız

AFFA Foqtsla bağlı qərar verdi: gedir, yoxsa qalır?

DÇ-2014-ün seçmə seçmə mərhələsi çərçivəsində Şimali İrlandiyanı oktyabrın 11-də məğlub edərək xalını 8-ə çatdıran millimiz dünən Rusiya ilə matçda heç-heçə edərək bu rəqəmi 9 edib.

Foqtslu yığmanın son oyunlarda qazandığı müsbət nəticələr artıq AFFA başbilənlərini də razı salıb. 

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, Foqts göndərilməyəcək. AFFA alman baş məşqçiyə yığmanın son oyunlarındakı uğuruna görə, növbəti dəfə şans verəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43