Kateqoriyasız

AFFA futbolçuları cəzalandırdı, Lənkəranlı azarkeşlər klubu ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarında və Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar çıxarıb.

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Neftçi”  – “Qaradağ Lökbatan” matçının 68-ci dəqiqəsində “Neftçi”  klubunun  futbolçusu Kaue da Silva kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Neftçala”  – AZAL matçında “Neftçala”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.

Oyunun 90+4-cü dəqiqəsində “Neftçala”  klubunun  futbolçusu Elvin Adışirinli və AZAL  klubunun futbolçusu Xuan Fransisko kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün hər iki futbolçu 2 oyun cəzalanıb, AZAL  klubu 2000 , “Neftçala”  klubu 200 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Simurq”  – “Rəvan” matçının 55-ci dəqiqəsində “Rəvan”  klubunun  futbolçusu Orxan Həsənov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

Azərbaycan kubokunun 1/8 final mərhələsində keçirilən “Sumqayıt”  – “Bakı”  matçında “Bakı”  klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 83-cü dəqiqəsində “Sumqayıt”  klubunun futbolçusu Cəmil Hacıyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Oyunun 90+1-cü dəqiqəsində “Bakı”  klubunun futbolçusu Nurlan Novruzov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XV turunun “Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 58 və 82 – ci dəqiqələrində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən  meydançaya kənar əşya atıldığına görə klub 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun azarkeşləri tərəfindən  protexniki vasitələrdən istifadə edildiyinə görə klub 1000 manat cərimə olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43