Ölkə futbolu

AFFA hərəkətə keçdi – DAVRANIŞLARINIZA FİKİR VERİN!

AFFA oyunlara təyinat alan federasiya nümayəndələrinə ciddi xəbərdarlıq edib.

“Qəbələ” – “Kəpəz” görüşündə Yavər Rəhimovun məlum davranışından sonra qurum rəhbərliyi bir daha belə halın təkrarlanmamasını tələb edib.

Bu səbəbdən də oyunlara təyinat alan AFFA nümayəndələrinə stadionlarda davranışlarına diqqət etmələrini, əks təqdirdə cəzalanacaqları bildirilib. Onlara kiçik bir neqativ durumda oyunlara təyinat almayacaqları da xatırladılıb.

Qeyd edək ki, “Qəbələ” – “Kəpəz” görüşünə cavabdeh olan AFFA rəsmisi artıq cəzalandırılıb.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43