Ölkə futbolu

AFFA hakimə hücum edən oyunçunun cəzasını açıqladı

AFFA İntizam Komitəsinin iclası keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Misli Premyer Liqasının XX turunun “Qəbələ” – “Sabah” oyununda ev sahibi komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunub.

Həmin oyunda “Qəbələ”nin futbolçusu Ruan Renato ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur. Sözügedən qarşılaşmada “Sabah”ın 5 oyunçusu sarı vərəqə aldığı üçün klub 800 manat cərimələnib.

“Neftçi” – “Zirə” oyununda “Zirə” klubunun oyunçusu Donald Geryenin ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur.

“Sumqayıt” – “Turan Tovuz” matçında isə qonaqların 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.

“Səbail” – “Kəpəz” görüşündə ev sahibi komandanın 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur. Həmin qarşılaşmada  “Səbail” klubu xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub 800 manat ziayan düşüb .

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43