25 Oktyabr 2021
Kateqoriyasız

AFFA hakimi təhqir edən futbolçunu 4 oyunluq cəzalandırdı

AFFA İntizam Komitəsi futzal üzrə II Liqada mübarizə aparan “Zülfüqar” komandasına 0:5 hesablı texniki məğlubiyyət verib.

İdmanxeber.az-ın məlumatına görə, buna “Hövsan”la I tur oyununun yarımçıq dayandırılması səbəb olub.

Matçın gedişində meydan sahiblərinin 3 üzvü – Elmir Adiyev, Şəhriyar Gülüşov və Elmir Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırılıblar. Hər 3 futzalçı 1 oyunluq cəzalandırılıb.

Bundan başqa, görüş başa çatdıqdan sonra “Zülfüqar” komandasının digər oyunçusu Vüsal Məmmədov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 4 oyun cəza alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

3 futbolçu “Başakşəhər”dən göndərildi

admin

“Qarabağ” yeni transferini UEFA-ya sifariş etdi, 2 futbolçu “B” siyahısında

admin

Qurban Qurbanov sualları cavablandıracaq

admin