Ölkə futbolu

AFFA hakimi təhqir edən futbolçunun cəzasını qüvvədə saxlad;

Hakimi təhqir edən “Keşlə”nin futbolçusu Şəhriyar Əliyevin 4 oyunluq cəzalanması ilə bağlı şikayəti qəbul olunmayıb.

Bu barədə AFFA-nın saytı məlumat yayıb. Apellyasiya Arbitraj Tribunalı aşağıdakı qərarları qəbul edib:

1. “Keşlə” Futbol Klubu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin.

2. AFFA İntizam Komitəsinin 26.08.2021-ci il tarixində “Keşlə” Futbol Klubu və klubun oyunçusu Şəhriyar Əliyev barədə verdiyi qərar qüvvədə saxlanılsın.

3. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.

Qeyd edək ki, Şəhriyar Əliyev “Qəbələ” – “Keşlə” matçının (2:1) 90+5-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43