08 Sentyabr 2024
Ölkə futbolu

AFFA Hakimlər Komitəsinin yeni sədri açıqlandı – RƏSMİ

AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. 

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, belçikalı mütəxəssis Frank de Bleker bu vəzifəyə təyin olunub.

AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunmuş, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilmişdi.

Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Frank de Bleker iyulun 28-dən Misli Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.

Əlavə edək ki, 58 yaşlı Frank de Bleker bir zamanlar FİFA referisi olub. O, Belçika çempionatının oyunları ilə yanaşı DÇ-2006, Avro-2008 və DÇ-2010-nin, Çempionlar Liqasının və digər beynəlxalq matçları idarə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43