l Divizion

AFFA I Divizion klublarını cəzalandırdı

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan I Divizionunun X turunun “Lokomotiv” – “Kəpəz” matçında “Lokomotiv” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Azərbaycan I Divizionunun X turunun “Şuşa” – “Şəmkir” matçı başa çatdıqdan sonra “Şuşa” klubunun 9 №-li futbolçusu İsrafil Qarayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə aldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun X turunun MOİK – “Araz Naxçıvan” matçının 90+4-cü dəqiqəsində MOİK klubunun 8 №-li futbolçusu Zeynalabdin Hüseynovun idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

Azərbaycan I Divizionunun X turunun “Ağsu” – “Qaradağ Lökbatan” matçının 26-cı dəqiqəsində “Ağsu” klubunun 3 №-li futbolçusu Fərrux Rəhimov komanda yoldaşını təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 42.1).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43