26 Yanvar 2020
Kateqoriyasız

AFFA İcraiyyə Komitəsi 13 məsələ ilə bağlı toplaşır

Dekabrın 13-də, AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 10:00-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

– Gəncə şəhər stadionunun ərazisində yeni, standart ölçülü (105×68 m.) süni örtüklü məşq meydanının inşasının başa çatması ilə bağlı məlumat
– Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri ilə əlaqədar müzakirə
– Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin Avro-2020-nin seçmə mərhələsi ilə bağlı hesabatı
– Premyer Liqa klublarına uşaq futbolu üçün UEFA-dan ayrılmış maliyyə vəsaiti ilə bağlı hesabat
– “Klubların lisenziyalaşdırması üzrə vəsait”in növbəti buraxılışı üçün əlavə və dəyişikliklərin müzakirəsi
– Avro-2020-nin Bakıda keçiriləcək oyunlarına hazırlıq prosesi ilə bağlı qısa məlumat
– AFFA-nın Fair Play mükafatının təsis olunması və Əsasnaməsinin hazırlanması
– “Azərbaycan Futbolunun Etik Kodeks”inin hazırlanmasının müzakirəsi
– AFFA-nın Futbol Veteranları Fondunun Əsanaməsinə uyğun olaraq müvafiq şəxslərə təqaüdün ayrılmasının müzakirəsi
“Elit Məşq” kitabı ilə bağlı məlumat
– AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərin hazırlanması
– “Qəbələ” Futbol Klubu ilə bağlı müzakirə
-AFFA-nın növbəti Konfransının tarixinin müəyyənləşdirilməsi

Oxşar xəbərlər

“Barselona”nın futbolçusu Azərbaycana gələcəkmi?

admin

Dabo “Neftçi” azarkeşlərindən üzr istədi

admin

Azərbaycanlı hakim Avropa Oyunlarına təyinat aldı

admin