Kateqoriyasız

AFFA İcraiyyə Komitəsi yığışır

İyunun 3-də AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Dalğa Arena”nın ərazisində yerləşən milli komandaların məşq bazasında təşkil ediləcək iclas saat 18:00-da başlayacaq.

İclasın gündəliyinə birinci divizion və Premyer Liqa ilə bağlı Lisenziyalaşdırma Komissiyasının hesabatı və digər məsələlər daxil edilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43