Kateqoriyasız

AFFA İcraiyyə Komitəsinin iclası keçirildi – Qərarlar

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

İdmanxeber.az AFFA-nın saytına istinadən xəbər verir ki, aparılmış müzakirələrdən sonra   Azərbaycan Premyer Liqasında VAR (video köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı tender sənədlərinə uyğun olaraq müvafiq hüquqi prosedurların icrasına başlanılmasına və 2021/2022-ci il mövsümünün qış fasiləsindən sonra VAR sisteminin tətbiqinin nəzərdə tutulmasına qərar verilib.

Bundan başqa, 2021-ci il sentyabrın 1-dən etibarən Azərbaycan Premyer Liqası hakimləri ilə bağlı “Peşəkar hakim” sistemi tətbiq olunacaq (Peşəkar hakim sistemi ilə əlaqədar ictimaiyyətə əlavə məlumat veriləcək).

Eyni zamanada “2022-2023-cü il mövsümü üçün “Klubların lisenziyalaşdırması üzrə qaydalar” təsdiq olunub.

İclas zamanı İntizam Komitəsinin müfəttişi vəzifəsinon Namiq Əliyevə həvalə olunmasına qərar verilib.

Digər qərara görə, Premyer Liqa klublarının müraciətinə uyğun olaraq, COVİD-19 pandemiyasının yaratdığı çətinliklər nəzərə alınaraq AFFA tərəfindən 2021/2022-ci il mövsümündə də klublara maliyyə yardımı davam etdiriləcək. Maddi dəstəyin məbləği AFFA ilə klublar arasında danışıqlardan sonra müəyyənləşdiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43