Ölkə futbolu

AFFA İcraiyyə Komitəsinə yeni namizəd

AFFA-nın martın 16-da təşkil olunacaq növbəti Hesabat Konfransında İcraiyyə Komitəsində hazırda vakant olan 1 yerə seçki keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, bu, hazırda Azərbaycan Futzal Federasiyasının prezidenti vəzifəsində çalışan Zaur Axundovdur. Onun namizədliyi Sahə Futbol Federasiyaları İctimai Birliyi tərəfindən irəli sürülüb.

Qeyd edək ki, nizamnaməyə əsasən, İcraiyyə Komitəsi üzvlüyünə namizəd AFFA-nın üzvü və ya dolayı üzvü tərəfindən Konfransın keçiriləcəyi tarixdən ən azı 15 gün əvvəl baş katibliyə təqdim olunmalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43