İdman

AFFA İlqar Qurbanovun cəzasını açıqladı

AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu İlqar Qurbanovu cəzalandırıb.

İdmanxeber.com-un məlumatına görə o, Azərbaycan kubokunun finalında “Keşlə” ilə matçın 88-ci dəqiqəsində aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.


Qeyd edək ki, “Keşlə” “Qəbələ”yə 1:0 hesabı ilə qalib gələrək kubokun sahibi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43