Ölkə futbolu

AFFA “İnter”in rəhbərliyini dəyişdirdi

Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş “İnter”in Müşahidə Şurasına yeni sədr verilib.

İdmanxeber.com-un məlumatına görə, MŞ-nin sədri vəzifəsinə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Zaur Axundov təyin edilib.

AFFA tərəfindən “İnter” Peşəkar İdman Klubuna səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə İcraçı direktor vəzifəsini icra edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43