Ölkə futbolu

“AFFA rəhbərliyi istefa verməlidir” – Azarkeşlər ayağa qalxdı

Son günlər sosial şəbəkədə ölkə futbolsevərləri tərəfindən AFFA-ya sərt təpkilər yaranıb

İdmanxeber.az-ın məlumatına görə, sosial şəbəkədə başladılan “AFFA-İstefa” kampaniyası hər keçən gün daha da böyüyür. Azarkeşlər Premyer Liqa komandalarının sayının azlığını, köklü bölgə klubların məhv olmasını və milli komandanın uğursuz çıxışını səbəb göstərərək federasiya rəhbərliyini istefaya səsləyirlər. Onlardan bir neçəsinin fikirləri ilə sizi tanış edirik:

Eliko Tağızadə ( “Xəzər Lənkəran” azarkeşi): Ən böyük problem ölkə futbolunun durumudur. Son illərdə ölkə futbolunda baş verən fantastik geriləməni görməmək mümkün deyil. İstər əsas, istərsə də digər liqalardakı vəziyət. Baş verən oyunlara diqqətlə nəzər salsaq, ortalıqda ciddi bir islahatların aparılması vacibdir. Ölkənin əsas futbol çempionatı paytaxt birinciliyinə çevirilib. Bölgələrdə futbolun “f” hərfi belə yoxdur. Nə olsun ki, bir çox rayonun komandası həvəskar liqalarda mübarizə aparır? Bununla nə dəyişir? Belə gözdən pərdə asmaq üçün yaradılan liqalar kimə lazımdır? Uşaq futbolu bərbad gündə, böyük futbolu bərbad gündə. Milli haqda ümumiyətlə danışmağa dəyməz. Milli komanda xalqın yox, federasiyada olanların şəxsi mülküdü sanki. Necə istəyirlər, elə də idarə edirlər. Nə hesabat verən var, nə də hesabat tələb edən. Belə futbol federasiyası olar? Belə futbola rəhbərliyi olar? Hansı rəhbərlikdən danışılır ki, rayon stadionlardında mal-qaradan başqa bir şey görə bilmirsən. Budur inkişaf? Hansı inkişafdan danışılır? Əgər bir azarkeş millinin oyununu baykot edirsə, bu, həmin ölkə üçün ən böyük biabırçılıqlardan biridir. Niyə baykot edilir? Onu AFFA-da oturan yüksək rütbəli şəxslər daha gözəl bilər. Ölkədə futbolun məhv olması üçün hər şey ediblər. Kim nə istəyir, necə istəyir, fərqi yoxdu, istədiyinə nail olur. Çünki federasiyanın rəhbəri yoxdu. Əgər rəhbər olsaydı, milli, ölkə futbolu bu gündə olmazdı. Daha doğrusu, ölkədə heç futbol adında bir şey də qalmayıb. Məcburiyətdən keçirilən çempionatlar kimə lazımdı? Məcbur stadiona gətirilən baxça uşaqlarına? Ölkədə futbol ölüm ayağındakı kimi bir şeydi. Futbolun dirçəlməsində tək çıxış yolu, federasiyanın buraxılmasıdı. Rəhbərliyə futbolu bilən adamlar gəlməlidi. Bir şeyi də unutmasınlar ki, futbol azarkeşi heç bir şeyi unutmur. Vaxtı çatanda, o azarkeş hesabat tələb etsə, görəcək günləriniz olacaq.

İnqilab Soltanov (Zaqatala” azarkeşi):  AFFA  rəhbərliyi – Rövnəq Abdullayev ve Elxan Məmmədov başda olmaqla kökünden istefa verməlidir. Bu bir tək mənim fikrim deyil, bütün bölgə azarkeşlərinin fikridir. Səbəb odur ki, son 11 ildə AFFA Azerbaycanın 95% ərazisini futboldan məhrum qoyub. Baxın 11 il əvvəl Rövneq müellim AFFA-prezidenti seçiləndə Azərbaycan çempionatında 14 klub iştirak edirdi. İndi isə 8 klub istirak edir. “Qəbələ” istisna olmaqla bütün klublar Baki şəhərini təmsil edir. Belə olan halda bu yarış necə Azərbaycan çempionatı adlana bilər ?Bu sırf Bakı çempionatıdır.  Və  ya Abşeron kəndlərinin çempionatı. Fərq etməz, nece istəyirsiz, ele də adlandırın. Fikir verin, son 11 ilde Azerbaycan futbolunun inkişafı ve millinin uğurları namine küllü miqdarda  vesait xərclənib. Ancaq nətice etibari ile millimiz hec bir uğura imza atmayib. Hətta deyərdim ki, iller keçdikcə millinin vəziyyəti daha betər olur. Buna səbəb AFFA-nin baş katibi Elxan Məmmədovun  yürütdüyü səriştəsiz futbol siyasətidir. Çünki AFFA-nin başındakılar futboldan uzaq insanlardır. Onlar Azərbaycan futbolunun inkişafını istəmirlər. Sadəcə orada oturub istədikləri adamlarla müqavileler imzalayıb şərikli pullar qazanirlar. Hamı yaxşı bilir ki, Azəbaycanda güclü futbolçu yoxdur. Bir sözle nəticə olmayan yerdə hər bir qrum kimliyinden asili olmayaraq istefa verməlidir. Sonda onu deyim ki, bunlar Azərbaycanın 1 nomrəli məşqçisi Qurban Qurbanovu utanmadan qovaraq, Qurbandan 100 dəfə aşağı səviyyədə olan bir  məqşçi gətirib deyirlər ki, AVRO 2020-yə vəsiqe qazanacayıq. Budur Azərbaycan futbolunun reallığı. Ne qədər ki, AFFA istefa vərməyib Azərbaycanda 40-50 il futbol olmayacaq.

 

Atanur Cəfərli (“Sektor 11” azarkeş qrupunun sabiq rəhbəri): “Hər kəs Azərbyacan futbolunun hansı vəziyyətdə olduğunu yaxşı bilir. Həm milli komandanın uğursuz çıxışı, həm də ki çempionatda cəmi 8 komanda olması. Elə təkcə bölgə futboluna diqqət edilməməsi AFFA-nın istefa verməsi üçün yetərli səbəbdir”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43