Ölkə futbolu

AFFA “Kəpəz”ə elə bir cəza verdi ki…

“Kəpəz”in 16 yaşadək oğlanlardan ibarət komandası növbəti 10 ev oyununu azarkeşsiz keçirəcək.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu barədə U-16 liqasında baş tutan “Kəpəz” – “Qəbələ” matçında baş verənlərdən sonra İntizam Komitəsi qərar qəbul edib.

Belə ağır cəza verilməsinə səbəb matç bitdikdən sonra “Kəpəz”in iki azarkeşinin meydana daxil olaraq rəqib komandanın futbolçularını vurması olub. Uşaq və gənclər liqalarında pul cəzası olmasa da, azarkeşin hərəkətinə görə müstəsna hal olaraq Gəncə klubu 500 manat cərimələnib.

Bundan əlavə, “Kəpəz”in 4 futbolçusu da İntizam Komitəsi tərəfindən ağır şəkildə cəzalandırılıb. Rəqib həmkarlarını vuran Tunar Əfəndiyev 4, Cavanşir Əliyev və Rahib Qurbanov isə hərəsi 6 oyunluq diskvalifikasiya edilib. Cavanşirlə Rahibin cəzalarının bütün liqalara şamil olunduğu bildirilib.

“Kəpəz”in digər futbolçusu Yəhya Muradov isə qarşılaşmanın 78-ci dəqiqəsində rəqib futbolçunu təhqir etdiyinə görə 3 oyun cəzalanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43