Kateqoriyasız

AFFA klublara top verdi

Azərbaycan Premyer Liqasında çıxış edən hər bir kluba 2020/2021-ci il mövsümündə istifadə üçün AFFA tərəfindən 50 (əlli) ədəd top verilib.

İdmanxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bu, assosiasiya ilə “Nike” şirkəti arasında mövcud əməkdaşlıq çərçivəsində gerçəkləşib.

Xatırladaq ki, mövcud əməkdaşlıq çərçivəsində ötən mövsüm də Peşəkar Futbol Liqasına və Premyer Liqa klublarına Nike topları təqdim olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43