Premyer Liqa

AFFA klubları cəzalandırdı: Azarkeşlər “Neftçi”ni ziyana saldı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. İK Topaz Premyer Liqanın 29-cu turunda baş verənlərlə bağlı müvafiq qərarlar qəbul edib.
 
“Xəzər Lənkəran” – “Qəbələ” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
 
“Neftçi” – “Bakı” matçının 2, 42, 49, 80-cı dəqiqələrində “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimələnib.
 
“Rəvan” – “Sumqayıt” matçında stadionda PFL və "Respect" bayraqları asılmadığı üçün meydan sahibi klub 1000 manat cərimə edilib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43