Ölkə futbolu

AFFA legioner limitini dəyişdi, Premyer Liqanı bu il neçə klubun tərk edəcəyini açıqladı

AFFA-nın İcraiyyə Komitəsi 2014/15 mövsümü üçün yeni limit tətbiq edəcək. 

Belə ki, qarşıdakı mövsümdən komandalar meydanda 6-dan artıq legioner buraxa bilməyəcək. Meydana çıxacaq 5 yerli futbolçunun isə ikisi  21 yaşa qədər olmalıdır.

Xatırladaq ki, cari mövsümdə tətbiq olunan limitə əsasən, meydanda 7 legioner ola bilər. 4 yerli futbolçudan biri isə mütləq 21 yaşadək olmalıdır.

Bundan əlavə komitənin yeni qərarına əsasən bu il çempionatı 1 komanda tərk edəcək. Premyer Liqada 10-cu yeri tutan komandanı isə I divizionun qalibi əvəzləyəcək. Əgər I divizionun qalibinin lisenziyası olmasa o zaman Premyer Liqaya buraxılmayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43