04 Avqust 2020
Kateqoriyasız

AFFA Lippertlə yolları ayırdı – Rəsmi

AFFA-nın Texniki direktoru Bernhard Lippertin müqaviləsi 2020-ci il iyunun 30-da başa çatıb.

İdmanxeber.az qurumun  saytına istinadən xəbər verir ki, almaniyalı mütəxəssislə müqavilə uzadılmayıb.Texniki direktor vəzifəsinin icrası müvəqqəti olaraq AFFA-nın Kütləvi Futbol Departamentinin rəisi Cahangir Həsənzadəyə həvalə olunub.

AFFA rəhbərliyi Bernhard Lippertə gələcək karyerasında uğurlar arzulayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”ın Anayasası

admin

“Boş zamanımda “PlayStation” oynayıram” – Ramil Quliyev

admin

Turun rəmzi komandası açıqlandı

admin