Kateqoriyasız

AFFA Mahmud Qurbanovu sərt cəzalandırdı

“Neftçi”nin əvəzedici komandasının baş məşqçisi Mahmud Qurbanov AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

İdmanxeber.az-ın məlumatına görə, qərar komitənin bugünkü iclasında birinci divizionun 12-ci turu müzakirə edildikdən sonra verilib.

“Neftçi-2” – “Kəpəz” görüşündə meydan sahiblərinin baş məşqçisi Mahmud Qurbanov hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 5 oyunluq cəzalanıb, klub 400 manat cərimə olunub. Məşqçiyə verilmiş cəzanın 3 görüşü şərti kimi tətbiq edilib və 3 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində Qurbanov yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43