Ölkə futbolu

AFFA məmuru ailəsini və qohumlarını Braziliyaya apardı

AFFA-nın rəsmi saytında verilən məlumata görə, qurumun baş katibi Elxan Məmmədov  Brazilyanın San Paulu şəhərində keçiriləcək  FİFA-nın 64-cü konqresində iştirak etmək üçün bu ölkəyə yollanıb.

Elxan Məmmədovla bərabər AFFA-nın texniki departamentinin rəisi Zaur Hacı Məhərrəmov da Braziliyaya geidb.

AFFA-nın baş katibi Braziliyaya  təkcə konqresdə iştirak etmək üçün getməyib. Elxan Məmmədov dünya çempionatının keçirildiyi ərəfədə Braziliyada istirahət edəcək, mundialın qarşılaşmalarını da izləyəcək. Baş katib Bakı-İstanbul-San Paulu reysinə tək yox, ailəsi və bir neçə yaxın qohumu ilə minib.

Maraqlıdır, AFFA-nın baş katibi ailəsini və qohumlarını uzaq Braziliyaya hansı vəsaitlə aparıb? Onlar dünya çempionatının oyunlarına bileti necə əldə ediblər, öz hesablarına, yoxsa FİFA-nın AFFA-ya ayırdığı biletlər hesabına?

Hər halda,  konqresə ailəsi və qohumları ilə gedən baş katibin səfəri olduqca müəmmalıdı.

Məsələyə AFFA-nın mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlunun mövqeyini öyrəndik. Mikayıl Nərimanoğlu bildirdi ki, baş katib Braziliyaya istirahətə yox, konqresdə iştirak etmək üçün gedib:

“Elxan Məmmədovun Braziliyaya ailəsi və qohumları ilə getməsi barədə bizdə məlumat yoxdur”.

Mikayıl Nərimanoğlundan baş katibin aylıq məvacibini də öyrənməyə cəhd etdik. Amma AFFA-nın sözçüsü bu haqda məlumat verməkdən imtina etdi.

publika.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43