Milli komanda

AFFA Məşqçilər Komitəsinin tərkibini açıqladı

AFFA-nın nəzdində yaradılan Məşqşilər Komitəsinin tərkibi müəyyənləşib.

İdmanxeber.com-un məlumatına görə, rəhbəri  Vaqif Sadıqov olan bu komitənin üzvləri: Ağasəlim Mircavadov, Böyükağa Hacıyev və Şahin Diniyevdən ibarətdir. Komitənin vəzifəsi  millinin məşqçilərinin işinə nəzarət və kömək etməkdən ibarət olacaq.

Qeyd edək ki, komitə üzlərindən kimsə hansısa kluba baş məşqçi təyin olunarsa, vəzifəsindən azad ediləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43