Milli komanda

AFFA milli komandanın məşqçi heyətini açıqladı

AFFA Azərbaycan milli komandasının məşqçi heyətini açıqlayıb.

İdmanxeber.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazinin olduğu millimizdə köməkçi məşqçilər Arif Əsədov, Benito Karbone və Klaudio Beluççi olacaq.

Dmitri Kramarenko qapıçılar, Alessandro Skaya isə fiziki hazırlıq üzrə məşqçi fuksiyasını yerinə yetirəcək. Federiko Turitsiani yığmada videoanalitik vəzifəsini icra edəcək.

Qeyd edək ki, Canni De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.

Beləliklə, A milli komandamızda ümumilikdə 7 nəfər məşqçi çalışacaq. Onlardan 5 nəfəri italiyalı, 1 nəfər  isə yerli mütəxəssisdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43