Kateqoriyasız

AFFA milli üzvlərinin qarşısına tələb qoyub, vəd etdi

Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan milli komandası Şimali İrlandiya yığmasını qəbul edəcək.

AFFA həm bu, həm də 3 gün sonra keçiriləcək Rusiya ilə oyun üçün futbolçuların qarşısına tələb qoyub.

Belə ki, millimiz hər iki görüşdən xal və ya xallarla ayrılmalıdı. AFFA qrupdakı vəziyyətimizi nəzərə alaraq, 4-cü pilləyə yüksəlmək şansı olan yığmamızın futbolçularına yüksək pul mükafatı da vəd edib.

AFFA-nın futbolçular qarşısında qoyduğu əsas tələb isə Şimali İralandiya ilə oyunda qələbə qazanmaqdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43