Kateqoriyasız

AFFA millimiz üçün yeni rəqib tapdı

Azərbaycan milli komandası oktyabrın 9-da yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.az-ın xəbərinə görə, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Bəhreyn Milli Stadionunda Bəhreyn millisinə qarşı keçiriləcək qarşılaşma yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 20:30) başlayacaq.

Xatırladaq ki, millimiz Avro-2020-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də səfərdə Macarıstan yığması ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43