03 Avqust 2020
Kateqoriyasız

AFFA millinin baş məşqçisi ilə bağlı qərarı rəsmən açıqladı

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib.

İdmanxeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, aparılmış müzakirələrdən sonra millinin baş məşqçisi vəzifəsinə təyinatla bağlı danışıqların davam etdirilməsi qərara alınıb.

Qərarda qeyd edilir ki, COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalansın. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdirilsin (İcraiyyə Komitəsi üzvlərinin səs çoxluğu ilə).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Rəsul Çunayevin 3 əsrlik evi – VİDEO

admin

“Qəbələ” “Keşlə” ilə oyuna Bakıda hazırlaşır

admin

Elxan Məmmədovdan Rövnəq Abdullayevə şikayət – “Təzyiq və təhqirlər başlanıb”

admin