Milli komanda

AFFA millinin yeni baş məşqçisi ilə bağlı açıqlama verib

AFFA Azərbaybaycan millisinin baş məşqçi vəzifəsinə namizədlərlə danışıqlar aparması ilə bağlı açıqlama yayıb.

İdmanxeber.com-un məlumatına görə, məlumatda bildirilir ki, Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsi Mahmud Qurbanova həvalə olunub və Avro-2016-nın seçmə mərhələsində noyabrın 16-da keçiriləcək Azərbaycan – Norveç oyununa millimiz M.Qurbanovun rəhbərliyi altında çıxacaq.

“Bəzi KİV-lərdə AFFA-nın Azərbaycan – Norveç oyununa qədər yeni baş məşqçi ilə müqavilə bağlayacağı barədə yayılmış xəbərlər həqiqəti əks etdirmir. AFFA rəhbərliyinin göstərişinə əsasən, assosiasiyanın nümayəndələri 10 nəfərdən artıq mütəxəssislə, həmçinin Robert Prosineçki ilə görüşüb. Bu görüşlərin hamısı tanışlıq xarakterlidir və tərəflər arasında hər hansı öhdəlik götürülməyib. Yaxın günlərdə proses barədə əlavə məlumat veriləcək, AFFA nümayəndələrinin görüşdüyü digər məşqçilərin bəzilərinin adı açıqlanacaq, digərləri isə mütəxəssislərin öz xahişinə əsasən məxfi saxlanılır” – deyə açıqlamada bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43