23 Sentyabr 2024
Ölkə futbolu

AFFA Murad Musayevin cəzasını açıqladı

“Sabah”ın baş məşqçisi Murad Musayevin cəzası müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, AFFA İntizam Komitəsi  Premyer Liqanın XXIII turunda “Turan Tovuz”la matçda texniki zona qaydalarını pozaraq hakimə etiraz edən rusiyalı mütəxəssisi iki oyunluq cəzalandırıb.

“Sabah”ın texniki zonasından meydançaya kənar əşyanın atılması ucbatından klub daha 1600 manat cərimələnib.

“Turan Tovuz” isə 4 oyunçusu sarı vərəqə aldığı üçün 800 manat cərimə ödəməli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43