İdman

AFFA mütəxəssislərini göndərdi – Gəncədə süni örtüklü meydança hazırlanır

AFFA-nın süni ot örtüyü üzrə mütəxəssisləri Gəncəyə gəlib.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, məşq meydançasına süni ot örtüyün salınması üçün AFFA-nın mütəxəssiləri Gəncəyə ezam olunublar.

Bu gün onlar yardımçı meydançaya baxış keçiriblər və Gəncədəki mütəxəssislərlə məsləhətləşiblər. Artıq süni örtüklü meydanın hazırlanması üçün planlar qurulub və yaxın günlərdə bu istiqamətdə işlərə başlanılacaq.

Qeyd edək ki, yeni salınacaq süni ot örtüyü "Dalğa Arena"ya məxsusdur. Həmin otlar məhz "Dalğa Arena"dan Gəncəyə gətirilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43