Kateqoriyasız

AFFA “Neftçi” üçün güzəştə getdi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin növbəti iclası keçirilib.

İdmanxeber.com xəbər verir ki, iclasda “Neftçi”nin futbolçusu Elvin Yunuszadə barədə müraciətə baxılıb.

Müzakirələrdən sonra aşağıdakı qərar qəbul olunub:

AFFA-nın İntizam Komitəsinin “Neftçi”nin futbolçusu Elvin Yunuszadə barədə çıxardığı 20.05.2014-cü il tarixli qərar qismən dəyişdirilsin. Futbolçu Elvin Yunuszadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti tətbiq edilməklə azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Elvin Yunuszadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun. (AFFA)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43