Ölkə futbolu

AFFA “Neftçi” və “Zirə”nin cəzasını açıqladı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 23-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Neftçi” – “Zirə” matçında “Neftçi”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Oyunun 90-cı dəqiqəsində “Zirə”nin futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Oyun başa çatdıqdan sonra “Zirə”nin futbolçusu Orxan Sadıqlı rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub.

Matçın ikinci hissəsi “Neftçi”nin səhlənkarlığı ucbatından 6 dəqiqə gec başladığı üçün klub 2400 manat cərimə olunub.

Matç başa çatdıqdan sonra “Neftçi”nin mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbardarlıq olunub. Bu hal yenidən təkrarlanacağı təqdirdə daha ciddi sanksiyalar tətbiq olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43