Kateqoriyasız

AFFA “Neftçi”nin oyunçusunu sərt cəzalandırdı

AFFA İntizam Komitəsi “Neftçi”nin futbolçusu Mirabdulla Abbasovu cəzalandırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb.

Belə qərar verilməsinə səbəb 27 yaşlı hücumçunun 1-ci Divizionun 16-cı turunda “Neftçi-2″nin heyətində “Qaradağ Lökbatan”la səfər oyununun 42-ci dəqiqəsində hakimi təhqir etməsidir.  O, bu səbəbdən qırmızı vərəqə ilə cəzalandırılıb.  Abbasov 4 oyunluq diskvalifikasiyaya, klubu isə 320 manat cəriməyə məruz qalıb.

Qeyd edək ki, matç “Qaradağ Lökbatan”ın qələbəsi ilə yekunlaşıb – 2:0.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43