Premyer Liqa

AFFA “Neftçi”yə texniki məğlubiyyət və pul cəriməsi verdi

İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul olundu.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan Premyer Liqasının XXVII turunun “Zirə” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur  (maddə 40).

Oyunun 68 – ci dəqiqəsində “Neftçi” klubunun heyətində əvəzetmə zamanı limit pozulmasına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 97).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43