Ölkə futbolu

AFFA-nın Azərbaycan çempionatı ilə bağlı yeni planı

AFFA Azərbaycan II Liqasında mübarizə aparan komandaların büdcəsini artırmağa düşünür. Cari mövsümdən yaradılan turnirdə hər klub dövlətdən bir mövsüm üçün 50 min manat alır. Ancaq hazırki məbləğ komandalara ciddi problem yaradıb.

Belə ki, ayrılan vəsait klubların xərclərini qarşılamır və bu səbəbdən də bəzi komandalarda maaşların verilməsi yubanır.

Bunların fərqində olan federasiyanın növbəti mövsümdən II Liqa təmsilçiləri üçün yeni planı var. Rəhbərlik turnirdə çıxış edən sponsorlu komandalarla, sponsorsuz klublara fərqli büdcə ayırmağı düşünür.

Belə ki, əlavə gəliri olan klublara illik 100 min, digərlərinə isə 150 min manat ayrılması nəzərdə tutulub. Bununla yanaşı, hazırda 14 komandanın yarışdığı II Liqada növbəti mövsümdən bu say 20-yə çıxarıla bilər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43