Ölkə futbolu

AFFA-nın baş katibi “Bavariya” – “Çelsi” oyununda

AFFA-nın baş katibi Elxan Məmmədov beynəlxalq təyinat alıb.

Avqustun 30-da, Çexiyanın paytaxtı Praqa şəhərindəki Eden stadionunda keçiriləcək UEFA Superkubokunda iştirak edəcək.

Məmmədov bu qarşılaşmanın UEFA nümayəndəsi olacaq. Superkubok uğrunda oyunda Çempionlar Liqasının son qalibi “Bavariya” (Münhen, Almaniya) və ötən mövsüm Avropa Liqasında ən yüksək nəticəyə imza atmış “Çelsi” (London, İngiltərə) klubları qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Mənbə: affa.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43