Milli komanda

AFFA-nın baş katibi: “Millinin futbolçularına mükafat veriləcək”

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycan millisinin “Avro2016”nın seçmə mərhələsində Malta üzərindəki qələbəsinə görə futbolçulara mükafat veriləcəyini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Məmmdov bunları deyib:

“Bu sistemə uyğun hesablama aparacağıq. Rövnəq Abdullayev bununla bağlı açıqlama da verib. Futbolçular milli komandadan heç bir maaş almırlar. Onlar öz klublarından pul alır. Milli komandada oynamaq onlar üçün fəxrdir, amma maliyyə motivasiyası da olacaq. Bəzi federasiyalar milli komandaya düşən futbolçulara maaş verir. Bəzi futbolçular sponsorlardan pul alır. Biz isə rəqibdən asılı olaraq nəticəyə uyğun mükafat verilir. Sonuncu mükafat bir ildən də artıq vaxtdır ki, verilib”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43