AFFA İcraiyyə Komitəsinin növbəti Hesabat Konfransının vaxtı müəyyənləşib.
İdmanxeber.az-ın qurumun rəsmi saytına istinadən yaydığı xəbərə görə, martın 4-də “Hilton” otelində keçiriləcək tədbir saat 10:00-da başalayacaq. Əvvəlcə Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası olacaq.
AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
– Prezident tərəfindən salamlama;
– Yığıncağın tərkibinin yoxlanılması;
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması;
– Maliyyə hesabatının təsdiq olunması;
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq;
– Növbəti ilin büdcəsinin təsdiq olunması;
– Hər hansı vakant vəzifəyə seçkilər;
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
– Digər məsələlər.