Kateqoriyasız

AFFA-nın hesabat konfransının vaxtı bilindi

Fevralın 2-də AFFA-nın növbəti konfransı, konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

İdmanxeber.az xəbər verir ki, saat 10:00-da başlayacaq konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

Prezident tərəfindən iclasın açıq elan edilməsi;

Konfransın tərkibinin yoxlanılması;

İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;

Maliyyə hesabatlarının təsdiq olunması;

Müstəqil auditorun hesabatını nəzərə almaq;

Hər hansı vakant vəzifəyə seçkilər;

AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

Digər məsələlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43